Menu

"Dövlət iqtisadiyyatdan çəkilsin..." - "Azərsun Holding"in prezidenti

04.06.2019, 20:00
"Dövlət iqtisadiyyatdan çəkilsin..." - "Azərsun Holding"in prezidenti

"Biz dövlətdən xahiş edirik ki, sən ticarətlə məşğul olma, bizim yolumuzu aç".

Bunu Bakıda keçirilən "Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır" adlı konfransda çıxış edən "Azərsun Holding"in prezidenti Abdulbari Gözəl qeyd edib. "Bu gün bizim üçün ən vacib ölkəyə xarici sərmayənin gəlməsidir. Bunun üçün də qanunun doğru işləməsi lazımdır. Allah şükür cənab prezident bunu ələ alıb. Biz ona inanırıq, o bir şeyi ələ aldısa ən yaxşısını görəcək. Əgər qanun doğru işləsə o bizim üçün xeyir-bərəkətdir" deyə şirkət rəsmisi bildirib.

Abdulbari Gözəl Azərbayaycanda məhkəmə sisteminin də inkişaf etdirilməsinin vacib olduğunu deyib: "Bir dəfə Almaniyada dostumla danışırdım. Ona dedim ki, biri gəlib məni qandırıb (aldadıb). Vəkilə vəkalət verdim. Mən aayıdıb gəldim. Pulumu alıb yolladı, həmin adamı da 6 il həbsə saldı. Mənim güvənim, simpatiyam ona artdı. Ona görə də arzu edirım ki, qanunlarımız daha da ədalətli olsun". -deyə Abdulbari Gözəl çıxışı zamanı qeyd edib. /Fed.az

Şərhlər

Azərbaycan vətəndaşı 2019-06-04 20:00:36

Görəsən Abdulbarı Gözəl Azərsun holdinqin məhsularından yeyirmi.

EJDER 2019-06-04 20:00:36

MALADES...LEYENINDEN MUQAYAT OL...BIZNESMENE BAX

t.ədalət 2019-06-04 20:00:36

Goozlın Azərbaycana gəlişi ilə ölkədə zeytun yağlarına inam itdi.Trans yağlar baş alıb gedir.Fakt odur ki,şəkər xəstələrinin sayı durmadan artır.Qida sənayesini dövlət nəzarətindən ayırmaq olmaz.Kommersiya maraqları həmişə sağlamlığın əksinə olur.Odur ki,biz həyatımızı qida sənayesi ilə məşğul olan kommersiya şirkətlərinə etibar etməməliyik.İndi Azərbaycanda ürək-damar xəstəliyinin artması da trans yağların istehsalı ilə bağlıdır.Hətta şəkəri belə kimyəvi qatqılardan hazırlayırlar.Allah cəzalarını versin!

Alıcı 2019-06-04 20:00:36

Abdulla Gözəlin Azərsun firması ölkədə bahaçılığın olmasının ən bariz nümunəsidir.Azərsun ərzaq monopoliyasını hökumətin razılığı ilə əldə saxlayır.istehsal etdiyi və gətirdiyi keyfiyyətsiz və vaxtı keçmiş ərzaqlarla, qatqılarla insanlarımızl zəhərləyir .BUna isə məhəl qoyulmur.Bu holdinqin ticarət məntəqələrinə təqdim etdiyi mallara ciddi diqqət edilsə həm keyfiyyətdə və həm də qiyməytlərdə böyük maxinasiyaların olduğu(məsələn şəkər,makaron və s. məhsulları) aşkar edilər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol