Menu

Şimali Koreyaya qarşı beynəlxalq hərbi birlik yaranır

04.09.2014, 09:47
Şimali Koreyaya qarşı beynəlxalq hərbi birlik yaranır

Hərbi birliyin 2015-ci ilin ilk yarısına qurulacağı bildirilir

Cənubi Koreya və ABŞ Şimali Koreya Xalq Demokratik Respublikasının kütləvi qırğın silahlarına qarşı birgə diviziya yaradır.

ANS-in məlumatına görə, hərbi birliyin 2015-ci ilin ilk yarısına qurulacağı bildirilir.

Koreyanın Lydjobu şəhərində yerləşdirilən bölməyə ABŞ HQ-nin 2-ci piyada diviziyası və Cənubi Koreyanın ordu briqadası daxil olacaq.

Məlumatda deyilir ki, dinc dövrdə birgə qərərgah fəaliyyət göstərəcək, diviziyanın başında isə amerikalı general-mayor duracaq.

Diviziyanın yaranması Seulun qərbi, Pxyenxek rayonunda yerləşən ABŞ hərbi bazalarının köçürülməsinə maneçilik törətməyəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol