İyunun 4-də Avstraliyanın şimalında yerləşən Darvin şəhərində baş verən atışma nəticəsində 4 nəfər ölüb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli polis “Facebook” səhifəsində yazıb.
“Polis təsdiq edir ki, hadisə nəticəsində 4 nəfər ölüb, çox sayda insan yaralanıb. Bir neçə yerdə cinayət törədilib”, - deyə polis bildirib.
Məlumata görə, ehtmal edilən atıcı Darvindən sonra Stüard park, ardınca Vulner rayonlarında atəş açıb.
Polis hadisənin terrorla əlaqəsi olmadığını bildirib.


Şərhlər