Menu

Ərini öldürən qadına hökm oxunub

04.06.2019, 18:09
Ərini öldürən qadına hökm oxunub

Ərini öldürməkdə təqsirləndirilən Vəfa Orucovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

APA-nın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmünə əsasən, V.Orucova 12 il müddətə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında onun 16 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, ötən il noyabrın 24-də Bakı şəhər sakini Rövşən Musayev paytaxtın Nərimanov rayonu ərazisindəki evindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb. Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən V.Orucova saxlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol