Menu

Özünü ölülüyə vurub İŞİD-dən qaçdı - Video

04.09.2014, 10:14
Özünü ölülüyə vurub İŞİD-dən qaçdı - Video

İyun ayında İŞİD-ə əsir düşən Əli adlı İraq əsgəri qaçmağa müvəffəq olub

İnterpress.az xarici mətbuata istinadan xəbər verir ki, İŞİD silahlıları Səddam Hüseynin vətəni olan Tikritdə əsir aldığı yüzlərlə əsgəri edam edib. Əsgərlər arasında olan Əli mülki geyimdə şəhəri tərk etməyə cəhd edib. Ancaq buna müvəffəq olmayaraq əsir düşüb. Kütləvi edam zamanı isə özünü ölülüyə vuraraq daha sonra qaçmağa müvəffəq olub.

İnsan haqlarını müdafiə təşkilatının məlumatına görə, əsgər hazırda İŞİD-in təhdidlərindən kənarda təhlükəsiz yerdə saxlanılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol