Menu

Avtomobil velosipedçini vurub öldürdü

04.06.2019, 19:14
Avtomobil velosipedçini vurub öldürdü

Kürdəmir rayonunun Garıs Əyribənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 3-də saat 13 radələrində Kürdəmir rayonunun Garıs Əyribənd kəndi ərazisində kənd sakini S.Mirzəyev idarə etdiyi “Renault” markalı avtomobillə yolun kənarında velosiped sürən, həmkəndlisi Ramin Nadirovu vurub və idarəetməni itirdiyindən yoldan çıxıb.

Nəticədə velosipedçi hadisə yerində ölüb, S.Mirzəyev və 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Kürdəmir RPŞ tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol