"GT Solyuşnz" şirkəti R. Mustafayev adına Dövlət İncəsənət Muzeyi və və Azərbaycan Xalça Muzeyi üçün yeni audio-bələdçilərin infrastrukturunun qurulması, onlara aid müxtəlif cihazların, audio yazılış xidmətləri, tərcümə xidmətlərin, şəbəkə avadanlıqları və proqram təminatlarının satınalınması üzrə podratçı seçilib.
Satınalmalar üzrə dövlət reyestrinə əsasən, bu muzeylərdə yeni audio-bələdçilər infrastrukturu dövlət büdcəsinə 400,8 min manata (235 min dollar) başa gələcək. /"Turan"


Şərhlər