"Qəbələ” üç legioner futbolçusu ilə yollarını ayırıb."Report" klubun saytına istinadən xəbər verir ki, bunlar Stiven Monroz, Lalavele Atakora və Sabien Lilaydır. Legionerlər növbəti mövsümdən “qırmızı-qara” formada çıxış etməyəcəklər. “Qəbələ” hər üç futbolçuya gələcək karyeralarında uğurlar arzulayıb.
Qeyd edək ki, əyalət təmsilçisi daha öncə kapitanı Cavid Hüseynov, Elvin Camalov və Urfan Abbasovla da vidalaşıb.


Şərhlər