Menu

Meksika prezidenti G20 sammitində iştirakdan imtina edib - Sammitə məktub göndərəcək

05.06.2019, 00:19
Meksika prezidenti G20 sammitində iştirakdan imtina edib - Sammitə məktub göndərəcək

«Böyük iyirmiliyin» Yaponiyanın Osake şəhərində iyunun 28-29 tarixlərində keçiriləcək sammiti Meksika prezidentinin iştirakı olmadan baş tutacaq. Bu barədə prezident Andres Manuel Lopes Obrador özü Mexikoda bəyan edib.

Dövlət başçısının sözlərinə görə, sammitdə ölkəni xarici işlər və maliyyə nazirləri təmsil edəcəklər, prezident isə sammit iştirakçılarına məktub göndərəcək.

Obrador diqqəti xüsusi olaraq dünyadakı mövcud qeyri-bərabərliyə yönəldib və bu məsələni müzakirə etmək üçün görüş təşkil etməyə çağırıb.

«Mən, G20 görüşünə getməyəcəm, amma dünyadakı qeyri-bərabərlik barədə məktub göndərəcəm. Belə mövzuda görüşlər keçirilməlidir, hansı ki, hazırda çatışmır» - deyə, prezident bildirib.

AzPolitika.info

Şərhlər

dadaşyev 2019-06-05 00:19:10

Aaaa!Rövnəqə oxşadı ki!Əmoğludu?Bəyəm bu cüməaxşamlarına da gedir?Yasin oxuyandu?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol