Ucar rayonunda 22 yaşlı qadın intihar edib.
APA-nın yerli bürosunun məlumatına görə, Qaracallı kənd sakini, 1997-ci il təvəllüdlü Azayeva Pərişan Dağlar qızı özünü həyətdəki alça ağacından asaraq öldürüb. Yaxınlarının bildirdiyinə görə, P. Azayeva 6 ay əvvəl ailə qurub.
İntiharın səbəbləri barədə dəqiq məlumat yoxdur.
Faktla bağlı araşdırmalara başlanılıb.


Şərhlər
Bu intiharların bir səbəbi də mətbuat boşboğazlığıdır. Sanki təbliğ olunur bu hadisələr. Demək olar ki, hər gün bir neçə intihar hadisəsi mətbutda işıqlandırılır. Nəzərə alsaq ki, intihar edənlərin çoxu gənclərdir, hansılar ki, informasiyanı daha çox internet mətbuatından alır , belə xəbərlərin tirajlanmasının qarşısını alma1 lazımdır. ŞƏRHİMİ VERİN XAHİŞ EDİRƏM!