Menu

Bakıda daha bir yol bağlanır

04.09.2014, 10:59
Bakıda daha bir yol bağlanır

Bakıda daha bir yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bu barədə APA-ya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

“Azəryolservis” ASC-dən NİİM-ə verilən məlumata əsasən, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən Fətəli xan Xoyski küçəsinin Ağa Nemətulla küçəsi ilə kəsişməsindən Nəsib bəy Yusifbəyli küçəsi ilə kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Sürücülərə alternativ olaraq Akademik Həsən Əliyev küçəsindən istifadə etmələri tövsiyə olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol