Menu

Zelenski NATO-ya üzvlüklə bağlı referendum keçirəcəyinə söz verdi

05.06.2019, 17:51
Zelenski NATO-ya üzvlüklə bağlı referendum keçirəcəyinə söz verdi

Ukraynanın NATO-ya üzvlük məsələsi ilə bağlı strateji kursu dəyişməz olaraq qalır.Virtualaz.org-un məlumatına görə, bunu Ukrayna prezidenti Vladimir Zelenski Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberq ilə keçirdiyi birgə brifinqdə söyləyib.

“NATO-ya üzvlük Ukraynanın Konstitusiyasında qeyd edilib və bu, bizim xarici siyasətimizin prioritetidir”, - deyə V.Zelenski bildirib.

Dövlət başçısı deyib ki, Ukrayna həyat səviyyəsini qaldırmağa, korrupsiyaya qarşı mübarizəni gücləndirməyə, dövləti modernləşdirməyə çalışır. Bu isə yalnız milli təhlükəsizlikdən sonra mümkündür: “Biz Rusiya ilə Minsk razılaşması çərçivəsində danışıqlara hazırıq. Ancaq ilk növbədə hərbi və iqtisadi potensialımızı artırmaqla güclü müdafiəyə qadir olmalıyıq”.

Vladimir Zelenski vurğulayıb ki, Qara dəniz regionunda təhlükəsizliyin bərpası üçün NATO qüvvələrini daha da artırmalıdır.

Ukrayna prezidenti NATO və AB-yə üzvlük məsələsi ilə bağlı referendum keçirəcəyinə də vəd verib.

Şərhlər

Türk 2019-06-05 17:51:52

Ay Zelenski NATO və ABŞ-ın bir məqsədi var ki,o da UKrayna ilə Rf-nın münasibətlərinin pisləşdirmək.Ukraynanı parçalamaq.ABŞ heç vaxt güclü ukrayna dövlətinin olmasını istəmir.Gözünü aç diqqətlə bax.Türkiyə ABŞ-ın NATO üzrə müttəfiqi olmasına baxmayaraq Gülənin əli ilə Türkiyədə çevriliş hazırlamışdı.ABŞ-ın iç üzü bundan ibarətdir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol