«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Britaniyanın Baş naziri Tereza Meylə birlikdə mətbuat konfransı keçirən ABŞ prezidenti Donald Tramp NATO ölkələrinə ultimatum irəli sürüb.
Onun sözlərinə görə, alyans üzvləri xərclərin ümmi daxili məhsulun (ÜDM) 2 faizinə qədər artırılması barədəki öhdəliklərinə əməl etməlidirlər və onların başqa seçimi yoxdur.
«Biz gözləyirik ki, NATO ölkələrinin artan sayı xərclərin ÜDM-ə nistəbəti tələbinə əməl edəcək. Onlar borcludurlar və digər çıxış yolları yoxdur» - Tramp bildirib.
Trampın NATO üzrə müttəfiqlərinə qınaq mövzusu daim bu fakt olub ki, NATO-ya çəkilən xərcin ən çoxunu ABŞ öz üzərinə götürür.


Şərhlər