Menu

«BOLTONU YERİNƏ OTURDUN!» - "O, ağılasığmaz dərəcədə təhlükəli şəxsdir"

06.06.2019, 15:41
«BOLTONU YERİNƏ OTURDUN!»  - "O, ağılasığmaz dərəcədə təhlükəli şəxsdir"

Amerika Birləşmiş Ştatları (ABŞ) Virciniya ştatının senatoru Riçard Blek prezident Donald Trampı vəzifəli şəxslərə, o cümlədən, milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltona özünün xarici siyasətini aparmaq imkanı verməməyə çağırıb.

«Mən, hesab edirəm ki, prezident yüksək vəzifəli şəxslərə yönəlik münasibətdə daha qətiyyətli olmalıdır. Düzü, lazımdır ki, prezident onlardan bəzilərini işdən azad etsin» - Blek bildirib.

Senatorun sözlərinə görə, hökumət daxilində xarici siyasət isteblişmenti formalaşıb və o, «prezidentdən kifayət qədər asılı olmayan fəaliyyət göstərməyə meyllidir».

«Mən, hesab edirəm ki, bu, xüsusilə Con Boltonda özünü daha açıq göstərir» - senator dəqiqləşdirib.

Blek əlavə edib ki, Bolton prezidentin əmrlərini ləğv etsə də, vəziyyətdən çıxa bilir.

«O, Venesuelada çevriliş etmək cəhdi göstərdi, sonra isə iki gün ərzində müharibə yaratmağa çalışdı - İranla. Bu adam sedativ vasitələrdən istifadə etməlidir. Con Bolton - ağılasığmaz dərəcədə təhlükəli şəxsdir və bütün dünyada, Amerika da daxil olmaqla, insanları böyük riskə məruz qoyur» - deyə, senator bəyan edib.

AzPolitika.info

Şərhlər

mubariz 2019-06-06 15:41:00

Cavad Zerif heder yere onu ağmaq čoban adalandirmadi.Nece deyerler delinin yel vereni.Qalayčinin da qıl vereni.Natural debil şizofrenik

Türk 2019-06-06 15:41:00

Mən həmişə demişəm və indi də deyirəm.Bolton insan deyil şeytana bənzər bir məxluqdur.O ya ABŞ məhv etmək istəyir ya da ki,dünyanı qan gölünə çevirmək istəyir.Mənə belə gəlir ki,Boltonun hərəkətləri bütün ölkələri ABŞ-dan üz döndərməyə vadar edəçək.Artıq bunu ABŞ-da görənlər var.Ona görə də senator Riçard Blek həyacan təbili çalır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol