Menu

ABŞ Tayvana 2 milyard dollar dəyərində silah satmaq qərarına gəlib - KİV

06.06.2019, 15:46
ABŞ Tayvana 2 milyard dollar dəyərində silah satmaq qərarına gəlib - KİV

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) Tayvana 2 milyard dollar dəyərində silah satmağa hazırlaşır. Ekspertlərin fikrincə, bu addım Vaşinqtonla Pekin arasında ticarət müharibəsi səbəbilə yaranmış münasibətləri daha da gərginləşdirə bilər.

ABŞ Tayvana silah göndərən yeganə ölkədir. Çin isə Tayvanı özünün ərazisi hesab edir və özünü idarə edən ada üzərində nəzarəti saxlamaq üçün heç vaxt güc tətbiqindən imtina etməyib.

«Röyter» agentliyinin xəbərinə görə, ehtimal edilən bu sövdə barədə qeyri-rəsmi xəbərdarlıq artıq Konqresə (ABŞ) göndərilib. Potensial sövdə özündə ümumi dəyəri 2 milyard dollar təşkil edən 108 tankı (General Dynamics Corp M1A2 Abrams) və tank əleyhinə sursatı nəzərdə tutur.

Uzun illər ərzində Tayvan ABŞ istehsalı olan mövcud döyüş tankı arsenalını yeniləməkdə maraqlı olub. Bu arsenala M60 «Patton» tankları da daxildir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol