Menu

Yüzlərlə çətənə kolu yetişdirən şəxs saxlanılıb

06.06.2019, 17:13
Yüzlərlə çətənə kolu yetişdirən şəxs saxlanılıb

Abşeron polisi əməliyyat keçirib.

APA-nın yerli bürosunun məlumatına görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri Aşağı Güzdək qəsəbəsindəki evinin həyətində narkotik maddə becərən 39 yaşlı Hikmət Nəsirov saxlanılıb.

H. Nəsirov dindirilmə zamanı toxumu Masallı rayonunda yaşayan bibisi oğlundan aldığını bildirib. O, anasına əsəbiləşərək toxumun olduğu bağlamanı bağa atdığını, nəticədə belə bir mənzərənin yarandığını deyib. Ancaq sonradan törətdiyi əməli etiraf edib.

Müəyyən olub ki, H.Nəsirov toxumu bibisi oğlundan alıb, anası onu əkib, dayısı sulayıb, özü isə yığıb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol