Mülayim iqlimi, tarixi quruluşu və zəngin mədəniyyəti ilə çox sayda turist cəlb edən İspaniya, indi dünyanın ən sağlam ölkəsi adlandırılır.
"AzPolitika" xəbər verir ki, "Blumberq" Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı və Ümumdünya Səhiyyə Təşkilatıının məlumatları əsasında orta yaş həddi, siqaret, hava keyfiyyəti və təmiz suya çıxış kimi faktorları gözönünə alaraq, İspaniyanın dünyanın bütün ölkələri arasında birinci olduğunu açıqlayıb.
Ötən il altıncı sırada yer alan İspaniya, bu il İtaliyanı üstələyərək, birinci olmağı bacarıb. Bu iki Aralıq dənizi ölkəsini İslandiya, Yaponiya və İsveçrə izləyib.
"Blumberq"in araşdırmalarına görə, ölkələrin gəlir səviyyəsi ilə sağlam həyat səviyyəsi arasında güclü bir əlaqə var. Avropa və Sakit Okean bölgəsinin orta gəlirləri yüksək olan ölkələr siyahısındadır.
2040-ci ildə İspaniyada orta yaş dövrünün 86 il ilə dünyada ən uzun ömür sürən Yaponiyanı üstələyəcəyi təxmin edilir. Eyni şəkildə, Çində orta yaş dövrünün ABŞ-dan daha üstün olması gözlənilir.


Şərhlər