Menu

Əl-Qaidə Hindistana da əl qoydu

04.09.2014, 14:33
Əl-Qaidə Hindistana da əl qoydu

Əl-Qaidə lideri Ayman əl-Zəvahiri terror təşkilatının Hindistan qanadı qurulduğunu elan edib.

Axar.az xəbər verir ki, bu informasiyanı xarici mətbuat yayıb.

Əz-Zəvahirinin sözlərinə görə, Hindistanda müsəlmanlar boyunduruq altında əziyyət çəkir və onlar "cihad bayrağını qaldıraraq" azad edilmələri uğrunda mübarizə aparmalıdırlar. Əl-Qaidə lideri bunun Banqladeş və Myanma müsəlmanlarının da üsyanına təkan verəcəyini açıqlayıb.

Onun bu açıqlaması Hindistanda çox ciddi qəbul edilib. Ölkənin bütün ştatlarına həyəcan siqnalı verilib.

Qeyd edək ki, Hindistanda təxminən 175 milyon müsəlman əhali yaşayır və Hindistan kəşfiyyatının məlumatına görə, islamçılar müsəlman gənclər arasında aktiv iş görürlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol