Menu

Tereza Mey partiya sədrliyindən istefa verib

07.06.2019, 21:05
Tereza Mey partiya sədrliyindən istefa verib

Böyük Britaniyanın baş naziri Tereza Mey hakim Mühafizəkarlar Partiyası liderliyindən istefa verdiyi barədə partiyanın rəhbər komitəsini məlumatlandırıb.

“Report” RİA “Novosti”yə istinadla xəbər verir ki, T.Mey istefa verəcəyini may ayının sonunda açıqlamışdı.

O, bu addımı təqdim etdiyi yenilənən “Brexit” sazişi layihəsindən narazı qalan partiya üzvlərinin, o cümlədən hökumət nümayəndələrinin təzyiqi ilə atıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol