Menu

Ərdoğan futbolçu Məsut Özilin nikah şahidi olub

07.06.2019, 23:14
Ərdoğan futbolçu Məsut Özilin nikah şahidi olub

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məşhur futbolçu Məsut Özilin toyunda nikah şahidi olub.

APA-nın Türkiyə bürosunun məlumatına görə, Ərdoğan tanınmış futbolçu ilə Türkiyə gözəli Aminə Gülşənin toy mərasiminə də qatılıb.

Prezident Türkiyə vaxtı ilə saat 20:00-da İstanbulda Kısıklıdakı evindən çıxaraq nikah mərasiminə gəlib, cütlüyü təbrik edib, onlara xeyir-dua verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol