Menu

“TÜRKİYƏ SEÇİM ETMƏLİDİR...” - ABŞ-ın NATO-dakı daimi nümayəndəsi

08.06.2019, 08:30
“TÜRKİYƏ SEÇİM ETMƏLİDİR...” - ABŞ-ın NATO-dakı daimi nümayəndəsi

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) NATO-dakı daimi nümayəndəsi Key Deyli Hatçinson «CNBC» telekanalının efirindən bəyan edib ki, Türkiyə hökuməti Rusiyadan S-400 ZRK almaq niyyəti ilə ABŞ-dan F-35 qırıcıları əldə etmək sövdəsi arasında seçim etməlidir.

Hatçinsonun sözlərinə görə, Türkiyə «ya bunu, ya da digərini» ala bilər, amma hər ikisini yox. Əgər nəhayət ki, S-400 almağa qərar verərsə, o zaman artıq sifariş olunmuş F-35 qırıcılarını almayacaq.

Nümayəndənin fikrincə, Türkiyənin Rusiya istehsallı ZRK sistemi əldə etməsi Kremlə alyansı zəiflətmək imkanı verəcək.

Xanım Hatçinson əlavə edib ki, NATO-da hadisələrin inkişafını diqqətlə izləyirlər və alyans üçün heç bir təhlükə görmək istəmirlər. Onun sözlərinə görə, alyansın gücünü möhkəmlətmək və mümkün təhlükələri dəf etmək üçün lazım olan «dollarları qopartmaq» istiqamətində rəqabət olmamalıdır.

Şərhlər

Türk 2019-06-08 08:30:19

Get mətbəxdə nəvələrin varsa onlar üçün yemək bişir.Sənə Türkiyənin işinə qarışmağa heç kim ixtiyar verməyib.Türkiyə müstəqil dövlətdir və öz müstəqil seçimini edir.F-35-ləriniz gözünüzə girsin.Vermirsiniz.Türkiyə başqa təyyarələr ala bilər.ABŞ Türkiyəyə lazım deyil,əksinə Türkiyə ABŞ-a lazımdır.Əgər ABŞ türkiyənin müttəfiqi olsaydı Güləni çoxdan Türkiyəyə vermişdi.ABŞ araqarışdıran bir dövlətdir.Əl çəkin Türkiyədən.Anlayın,Türkiyənin prezidenti böyük Ərdoğandır.O heç vaxt sözündən dönən deyil.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol