Menu

"Fuad Abbasov hava limanından geri qaytarılıb" - Vəkil

08.06.2019, 00:02
"Fuad Abbasov hava limanından geri qaytarılıb" - Vəkil

Rusiyada fəaliyyət göstərən jurnalist Fuad Abbasovun Bakıya deportasiyası yubanır.Bu barədə Musavat.com-a məlumat verən vəkil Elman Paşayev bildirib ki, onda olan məlumata görə Fuad Abbasovu bu dəqiqələrdə hava limanından geri qaytarıblar.

Vəkil bu prosesin səbəbləri barəsində aşağıdakı versiyaları irəli sürüb: "Ola bilər ki, ona cinayət işi açıldığı üçün belə addım atılıb. Bir variant da var ki, Fuad Abbasov hansısa sənədləri unuda bilər. Ancaq bu versiya o qədər də inandırıcı deyil. Çünki əgər sənəd məsələsi olsaydı, bunun üçün başqa bir şəxsi də göndərmək olardı ki, lazımı sənədləri hava limanına gətirsin. Hələ ki, məndə olan məlumat budur ki, onu geri qaytarıblar".

Oxu.az saytı isə məlumat yayıb ki, Fuad Abbasov özünün Moskvada, əcnəbi vətəndaşların müvəqqəti saxlanma mərkəzində saxlanmasına etiraz əlaməti olaraq aclıq aksiyası keçirir.

Sayta bu barədə məlumatı İnsan Hüquqları üzrə Beynəlxalq Komitənin Bakı Ofisinin nümayəndəsi Elçin Axundzadə verib.

Sayt yazır ki, Abbasov hüquq müdafiəçilərinə müraciət edərək bildirib ki, Moskva-Bakı reysi ilə aviabilet alaraq, Azərbaycana qayıtmağı planlaşdırıb. Lakin yolda olarkən onların avtomobili geri qaytarılıb və jurnalist saxlanılıb:"Fuad Abbasov bildirib ki, əgər onun ölkədən deportasiya olunması barədə qərar qüvvədədirsə, o azad edilməli və Bakıya göndərilməlidir. Əgər deportasiya haqqında qərar qanunsuz elan edilibsə, bu halda onun əcnəbi vətəndaşların müvəqqəti saxlanma mərkəzində saxlanması qanuna ziddir. Bu səbəbə görə də Fuad Abbasov aclıq elan edib".

Musavat.com xatırladır ki, jurnalistin ölkədən deportasiya edilməsi ilə bağlı apellyasiya şikayətinə baxılıb. Moskva vilayət Məhkəməsi Ximski şəhər Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Jurnalist mayın 16-da Moskva vilayətinin Ximki şəhərində saxlanılıb. Ximski Şəhər Məhkəməsi onun Rusiyada yaşamaq haqqında icazəsi ləğv olunmasına baxmayaraq, vaxtında ölkəni tərk etmədiyi üçün deportasiya olunması haqqında qərar çıxarıb. F. Abbasov hazırda Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsində saxlanılır.

Şərhlər

Geber 2019-06-08 00:02:44

Vəkil Elman Paşayev bildirib ki, onda olan məlumata görə Fuad Abbasovu bu dəqiqələrdə hava limanından geri qaytarıblar. sitatin sonu .

Onda olan məlumatlara ğörə ?! o deməkdir ki , vəkil müşahidəçi roldadir işin mahiyyəti haqda paralel dünyadan şər verir elə Fuad Abbasov da özünə aid işlə bağla paralel dünyanin sakinidir : ağlindan şüüründan iradəsindən xəbərsiz köçəri qüşlar haqqinda zoopsixoloğiya elmi praktik nəzəriyyə ilə məxfi orqanlar tərəfindən idarə olunur.
Əlbəttə , ki Fuad haqqinda şəhrlərə yasaq qoyulmasi onun Baki üşün arzuolunmaz persona olacaği : iki ay öncə deyil iki il öncə yazdiqlarimin məntiqi kimi bilinən idi .
Beləki Fuadin ğündəmə ğəlməsi süni mayalanma ilə olmasi : sudan duru idi . Və onun aeroportdan ğeri qaytarilacaği da rus məxfi orqanlarinin primitiv dünya baxişi ilə izahi əlifbanin üç hərfi kimi qabaqcadan hesaba ğəldiyi üçün dünən yazmişdim ki , Fuad sonda özü könüllü olaraq Bakiya deyil , köçəri quşlarin qişlama ğölləri Ukraynaya ğetməyə üstünlük verəcək .
Bu saatlarda Ukrayna əsal Fuadin ampluasina uyğün yerdir . Ona ğörə yox , ki bu Fuadin seçimidir xeyr , bu köçəri qüşlarin instinktinə yüklənmiş Qərbdə yuva salan oturuşmuş qarğa quş proqramistlərin Fuadkimiləedə vindovs ğenişlənmələridir .
İntellektual kasiblarin başina ğələnlər əfsuslar olsun , ki iki illər deyil doğuluşu ğündən əl içi kimi oxunan yol xəritələridir . Heyflər olsun ki , bizim kimi ən fərasətli ən müdrük ən insanpərvər xalqQərbdə oturuşmuş quşlarin çal çağiri ilə cuşa ğəlirik.

musa 2019-06-08 00:02:44

bakiya galan rus jurnalistlarinda da qanunsuz na isa tapmaq olar

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol