Menu

Mehdiabadda iki qardaş bıçaqlanıb

08.06.2019, 00:42
Mehdiabadda iki qardaş bıçaqlanıb

Abşeron rayonunun Mehdiabad qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, 1993-cu il təvəllüdlü Qəhrəmanov Vüsal Niyaz oğlu və 1991-ci il təvəllüdlü Qəhrəmanov Tural Niyaz oğlu bıçaqlanıb.

Yaralılardan Tural "təcili yardım" maşını ilə 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib, digər qardaş isə özü gəlib.

Hadisənin kim tərəfindən törədildiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol