Menu

Azərbaycan - Macarıstan matçına 7500-dən çox bilet satılıb

08.06.2019, 11:20
Azərbaycan - Macarıstan matçına 7500-dən çox bilet satılıb

AVRO-2020-nin seçmə mərhələsinin E qrupunda "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Macarıstan matçına 7500-dən çox bilet satılıb.

Bu barədə "Report"a AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla məlumat verib.

O bildirib ki, bu, iyunun 7-də axşam saatlarına olan göstəricidir.

Qeyd edək ki, Azərbaycan - Macarıstan matçı bu gün saat 20:00-da başlayacaq. "Bakcell Arena" 11 min azarkeş tutumuna malikdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol