Menu

Fransada xilasetmə gəmisi çevrilib, 3 nəfər ölüb

08.06.2019, 22:27
Fransada xilasetmə gəmisi çevrilib, 3 nəfər ölüb

 

Fransa sahillərində qasırğa zamanı katerin çevrilməsi nəticəsində xilasetmə komandasının üç üzvü ölüb.

ONA-nın “France Presse” agentliyinə istinadla verdiyi xəbərə görə, Fransa xilasetmə xidmətinin əməkdaşlarının olduğu kater dənizdə köməksiz vəziyyətdə qalan balıqçıların köməyinə gedirmiş.

Sahildən 800 metr aralıqda baş vermiş hadisə nəticəsində 7 nəfər suya düşüb, onlardan dördü xilas ola bilib. Digər 3 nəfərin axtarışlarına helikopterlər və təxminən 70 xilasedici cəlb olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol