Menu

“Sky News” telekanalı Kremlin qarşısına fakt qoydu – Video

04.09.2014, 15:55
“Sky News” telekanalı Kremlin qarşısına fakt qoydu – Video

Amerikanın “Sky News” telekanalının jurnalistləri Rusiya hərbçilərinin Ukraynada olmasını sübut edəcək videokadr yayımlayıb.

Publika.az-ın verdiyi xəbərə görə, görüntülərdə Rusiya hərbçilərinin Mariopul şəhəri ərtafında olduğu görünür.

Telekanal əməkdaşı qeyd edib ki, hərbçilər separatçılarla müqayisədə daha yaxşı təchiz edilib və onların daha peşəkar olduğunu malik olduğu silahlardan da görmək mümkündür.

“İstifadə etdikləri hərbi texnika və silahlar, həmçinin geyimləri üzərindəki nişanlar onların Rusiya hərbçiləri olduğunu göstərir”, - o bildirib.

Dünən isə ABŞ prezidenti Barak Obama qeyd edib ki, Rusiya qoşununun separatçılara dəstək olaraq Ukrayna ərazisinə hərbi müdaxiləsi artıq danılmaz faktdır. Çoxsaylı və təkzibedilməz sübutların əksinə olaraq Rusiya Ukraynada nizami qoşununun olmadığını iddia edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol