Menu

Ronaldo xəstə uşağa görə komandanın avtobusunu dayandırıb - VİDEO

09.06.2019, 14:14
Ronaldo xəstə uşağa görə komandanın avtobusunu dayandırıb - VİDEO

Portuqaliya millisi və "Yuventus"un forvardı Kriştiano Ronaldo kiçik azarkeşlə şəkil çəkdirmək üçün yığma komandanın avtobusunu dayandırıb.

"Report" "A Bola" nəşrinə istinadla xəbər verir ki, hadisə Portuqaliya yığması Millətlər Liqasının finalında Hollandiya millisi ilə qarşılaşmaq üçün keçdiyi növbəti məşqdən qayıdan zaman baş verib.

Bildirilir ki, leykemiya xəstəsi olan 11 yaşlı uşaq əlində "Kriştiano Ronaldo, qucaqla məni" yazılarının olduğu plakatla yol kənarında dayanıb. Həmin uşağı görən Ronaldo avtobusu dayandırıb və onun xahişini yerinə yetirib.

Şərhlər

Elli 2019-06-09 14:14:56

Sağ ol!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol