Menu

“Ukrayna bu sürətlə 50 ildən sonra Polşaya çata bilər” - SAAKAŞVİLİ

09.06.2019, 16:04
“Ukrayna bu sürətlə 50 ildən sonra Polşaya çata bilər”  - SAAKAŞVİLİ

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili «News One» telekanalının efirindən bəyan edib ki, «ləyaqət inqilabı»nın 6-cı ilində Ukraynada bütün texnoloji sikllər dayanıb – keçmiş sovet respublikası hətta Avropanın «aqrar yedəyi» statusuna belə yüksələ bilməyib.

Bu barədə «Polit Naviqator»un müxbiri xəbər verib.

Saakaşvili qeyd edib ki, hətta qonşu Polşa «yerində sayacağı» təqdirdə belə, onun iqtisadi səviyyəsinə çatmaq üçün Ukraynaya 50 il lazım gələcək.

«Deyirlər ki, Ukrayna «aqrar yedəyə» çevrilib. Bu, doğrudur - Ukraynada bütün texnoloji sikllər dayanıb. Məsələn, bizdə 130 heyranedici hərbi zavod var. Amma bu zavodlar yeni texnologiyalar istehsal etmirlər» - Saakaşvili qeyd edib.

Siyasətçi daha sonra deyib: «Bununla bərabər, biz heç tezliklə «aqrar yedək» də ola bilməyəcəyik. Müasir mənada, aqrar ölkə Ukrayna kimiləri deyil. Aqrar ölkə Hollandiyadır - Odessa vilayəti boydadır, amma Avropaya hamıdan çox məhsul ixrac edir. Çünki indi aqrar ölkələr də texnologiyalıdırlar. Biz, texnoloji sənaye siklləri üzrə geri qalırıq və aqrar sikldə də geri qalırıq. Dünya Bankı artıq bizə izah edib - 50 ildən sonra Ukrayna Polşaya çatacaq, bu şərtlə ki, Polşa yerində saysın, Ukrayna isə indiki sürətlə hərəkət etmiş olsun...»

İndi bütün bu deyilənləri Azərbaycana aid etmiş olsaq hansı mənzərə alınar? Qoy, oxucular özləri fikirləşsinlər...

“AzPolitika”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol