Menu

İsa Qəmbərin qardaşı Qubad İbadoğlunu dəstəklədi

04.09.2014, 16:31
İsa Qəmbərin qardaşı Qubad İbadoğlunu dəstəklədi

Müsavat başqanı İsa Qəmbərin qardaşı Rövşən Qəmbər Müsavat Partiyasına yeni başqan postu uğrunda gedən mübarizədə dəstəkləyəcəyi namizədin adını açıqlayıb.

O, bununla bağlı müraciət yayıb.

Müraciətində bildirilir ki, Arif Hacılı, Səxavət Əlisoy, Tural Abbaslı da Müsavat Partiyasının başqanı olmağa layiq vətəndaşlardır və kimin daha layiqli olmasına sentyabrın 27-də keçiriləcək qurultayın nümayəndələri səsvermə yoluyla qərar verəcək: “Lakin Qubad İbadoğlu çox istedadlı, ədalətsevər, ləyaqətli, ingiliscə yaxşı danışan, dünyada ən çox tanınmış, qlobal beynəlxalq təşkilatların işində iştirak etmiş, enerjili gənc vətəndaşlarımızdandır. Ona görə də hesab edirəm, başqan Qubad bəy olmalıdır”, - deyə Rövşən Qəmbər qeyd edib. /azadlıq.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol