Menu

 Kremlin parçalama planı

04.09.2014, 16:43
 Kremlin parçalama planı

Jamestown.org yazır ki, Kreml Gürcüstanı parçalaq planını hazırlayır.

Bu ilin əvvəlindən bəri Putin Ukraynaya təcavüz edib, Krımı Rusiyaya birləşdirib, Ukraynanı federallığa doğru itələyir.

İndi Kremlin diqqəti Gürcüstana yönələ bilər. Gürcüstan rəsmisi Gia Gvazava deyir ki, Rusiyanın Gürcüstanı parçalamaqla bağlı böyük planı var. Plan Gürcüstanı iki hissəyə bölməyi nəzərdə tutur.

Birinci hissə Abxaziyanın genişlənib, Samegrelo rayonu ilə birlikdə yaratdığı ərazidir, ikinci hissə Gürcüstanın şərqdə qalan hissəsidir.

Gvazava deyir ki, Rusiyanın xüsusi xidmətləri Samegreloda separatizmi gücləndirmək üçün əllərindən gələni edirlər.

Jamestown.org yazır ki. Gvazava dediklərinin sübutu olaraq dəlil gətirmir. Ona görə sual yaranır ki, onun dediyi düzdürmü? Jamestown.org buna şübhə etmir. Çünki Moskva həmişə bulanıq suda balıq tutmaq ustasıdır. İkincisi, Gürcüstan qərbpərəst mövqe tutduğuna görə, Moskva doğrudan da Gürcüstanın parçalanmsını istərdi.  /AzadlıqRadiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol