Menu

Oqtay Şirəliyev jurnalisti yenidən məhkəməyə verib

10.06.2019, 13:11
Oqtay Şirəliyev jurnalisti yenidən məhkəməyə verib

Səhiyyə Nazirliyi qurumu rüşvətxorluqda ittiham edən jurnalist Teymur Kərimovu yenidən məhkəməyə verib.

"AzPolitika" xəbər verir ki, bu barədə Nəsimi Rayon Məhkəməsində bu gün keçirilən prosesdən sonra jurnalistlərə açıqlamasında Teymur Kərimovun özü məlumat verib. T.Kərimov anasının ölümündə Səhiyyə Nazirliyini və şəxsən nazir Oqtay Şirəliyevi günahlandırıb. O, anasının yasını keçirməli olduğu bir vaxtda məhkəmələrdə süründürüldüyünü və nazirliyin təklifini geri çevirdiyi üçün yenidən məhkəməyə verildiyini bildirib.

Teymur Kərimov bu gün keçirilən məhkəmədən sonra deyib: "Bildiyiniz kimi, Səhiyyə Nazirliyi tərəfindən CM-nin 147.2 maddəsilə məhkəməyə verilmişəm. İyunun 7-si ilk prosesdən sonra nazirlik iddianı geri götürdü. Sonra mənə olunan təklifləri qəbul etmədiyim və mübarizəmdən çəkinmədiyim üçün nazirlik, yəni Oqtay Şirəliyev məni yenidən məhkəməyə verib. Nədir ki, Oqtay Şirəliyevə "alkaş" demişəm. "Alkaş" sözünə görə məni CM-nin 147.2 maddəsilə yenidən məhkəməyə verib. Mən anamın ölümü üzərindən heç kimlə razılığa getmərəm. Mübarizəmi axıra kimi davam etdirəcəm. Çünki mənim anam öldü. İstəmirəm ki, digər analarımız da mənim anamın vəziyyətinə düşsün".

Jurnalist daha sonra növbəti məhkəmə prosesinin iyunun 14-nə təyin olunduğunu bildirib.

Xatırladaq ki, T.Kərimov müalicəyə başlanılan ilk gündən indiyədək rüşvət verməkdən tamamilə müflisləşdiyini bildirərək Səhiyyə Nazirliyinin qarşısında etiraz aksiyası keçirmişdi. O, etirazını soyunaraq – anasının müalicəsi üçün paltarlarını satışa çıxarmaqla bildirmişdi.

Şərhlər

EJDER 2019-06-10 13:11:07

BU ANALOQU OLMAYAN HOKUMETIN HANSI NAZIRI, MEMURU YERINDEDIR,XALQIN RIFAHI NAMINE BIR IW GORUB,HIYYY.WEREF,WOHRET ORDENI ALMAQLA DEYIL.BOW BOW VEDLER,YALAN STATISTIKA...NEJE DEYERLER,,WIROKO WAQAYET AZEBIJAN...ETRAFIM ALLADIR,GEL BELELERI ILE QARABAQI AZAD ELE...ANALOQU OLMAYAN INKIWAF

dadaşyev 2019-06-10 13:11:07

Aaaa!Səhiyyədə rüşvət yoxdu?Buna görə hirslənib bu kişi?Poliklinikalar,xəstəxanalar bir tərəfə e,reanimasiyada olub bitənlərdən xəbərin varmı,ay nazir?Qapıçıdan,medsestralardan tutmuş,zavotdelə qədər hamısı elə bil Mərəzə dilənçisidi vallah,utanmadan,arsız-arsız əl açırlar a kişi.Özü də nə qiymətlər oxuyurlar!Fikirləşmirlər ki,reanimasiyaya gətirilənlərin bir ayağı burda,bir ayağı gorda olur.Mənim şəxsən xəstəm olub orada,görmüşəm.Bu ölkənin vətəndaşı olmaqdan utanmışam vallah.Sanki Qvineya-Bisaudaydım.

t.ədalət 2019-06-10 13:11:07

Deyilənə görə bir vaxtlar tez-tez getdiyi Nizami rayonu ərazisindəki "Tərtər" restoranında O.Şirəliyevi yaxşı tanıyırlar.İndi,belə çıxır ki,O.Şirəliyev içki içmir?Bərbad günə qoyulmuş səhiyyə obyektlərini,bəs, kim bu günə salıb?Ölkədə müalicə məqsədi ilə hansı poliklinikaya gedirsən savadlı həkim tapılmır.Milləti bilinməyən xarici vəıtəndaşlara satılan klinikalarda ard-arda ölümlər baş verir.Bəs, bütün bunlara görə bu xalq kimi məhkəməyə verməlidir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol