“Bu kimi inancların qəti şəkildə dinə uyğunluğu yoxdur. Bunların hamısı xurafat və mövhumat, sağlam məntiqə sığmayan əməldir”.
Bunu “Report”a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli sosial şəbəkələrdə Goranboy rayonu Qurbanzadə kəndində “Qaloş piri”nin fəaliyyət göstərməsi barədə məlumastları şərh edərkən deyib.
QMİ nümayəndəsi qeyd edib ki, İslam dini insanları bu kimi xurafatlara dəvət edə bilməz: “Ziyarətlərin olması normal haldır, çünki istənilən ölkədə ziyarətgahlar var. İnsanlar da ora gedib xeyirxah və məntiqə sığan işlər görür. Lakin bu şəkildə "ibadət formaları" dinin adına ləkədir. Qurani-kərim insanları düşünməyə, təfəkkürə dəvət edir. İbadətin formaları hədislərdə ifadə olunur. Bu şəkildə ibadət isə heç bir vəchlə qəbuledilməzdir. Məzar üstlərində dua oxunur, fatihə verilir, hədiyyə namazı qılına bilər. Bu kimi əməllər isə dinimizi gözdən salır”.


Şərhlər
Ziyarətgah dediyin şey Allahşükürün pul dağarcığıdı Karlovı Varıdakı şirkətləri üçün.....A balam,İslam dininin çığırtma-plovla,döşəməli aşla əlaqəsi yoxdu e,din adına mərasimlər qurub aş yeyək ki,yanağımız-buxağımız salxım-salxım olsun.Ondansa araşdırın görək bu Mirqaloş ağanın ambardar Məmmədxan adlı qardaşıoğlu varmı?O vaxt Qaloş qaçıb banditlərə qoşuldu,prokuroru öldürtdü,dağdan yıxıldı ölmədi,Cəhrə arvad da dedi ki, icazə ver bunun üzünə bir lomba tüpürüm.Bəlkə Stalin öləndən sonra bəraət alıb...
Hədisdə deyilir ki,ibadətlərin ən üstünü elm öyrənməkdir.Buxaridə də,Tirmizidə də bu səhih hədisdir.Ziyarətgahların olması qətiyyən normal hal deyil,a kişi,oralarda hansı "məntiqi işlərdən" danışmaq olar,qoşa qıfıllar vurduğunuz nəzir qutularına salınan "vergi"dən başqa?Hər ölkədə ziyarətgahın olması həqiqətin göstəricisidirmi?Ərəblərin,farsların istənilən şəhərlərində peyğəmbərə qədər bütlər vardı,o demək deyil ki,doğru imişlər.Falçıların yanına da çox adam gedir,o demək deyil ki,onlar şarlatan deyillər.
Adamları "Qaloş pirinə" aparan ehtiyac və güzaran ağrılarıdır.Ölkədəki dözülməz həyat şəraiti,haqqın-ədalətin yoxluğu insanları pirlərin qapısına toplayır.YAP-çılardan və məlum bölgədən olmayanlar ölkədə iş tapa bilmirlər.Pirə toplaşıb əllərini Allahın ətəyinə uzadanlar düçar olduqları vəziyyətdən qurtulmağa ümid edirlər.Allahınsa səbri böyükdür.İnsanlar göz yaşları ilə Allahın səbrini qısaltmağa çalışırlar.Allah böyükdür!