Menu

Rüşvət almış vergi müfəttişlərinə hökm oxunub

10.06.2019, 15:33
Rüşvət almış vergi müfəttişlərinə hökm oxunub

Vergilər Nazirliyinin rüşvət almaqda təqsirli bilinən keçmiş əməkdaşları Elçin Qaybalıyev və Ziyad Lətifovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, hər iki şəxsə 2 il azadlıqdan məhrumetmə cəzası təyin edilib.

İttihama əsasən, həmin şəxslər Bakıdakı “24 saat” adlı marketdə həyata keçirdiklərivergi yoxlaması zamanı aşkar etdikləri aksiz markası olmayan müxtəlif növ xarici ölkə istehsallı siqaretlərin sayının sənədləşdirilməsi zamanı (cəmi 3 min manat dəyərində) onların dəyərinin bilərəkdən azaldılması və marketin satıcısı Hüseynəli Kərimlinin cinayət məsuliyyətinə deyil, inzibati məsuliyyətə cəlb olunmasına görə ondan 1000 manat məbləğində pulu rüşvət qismində alaraq öz aralarında bölüşdürüblər. Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Şərhlər

t.ədalət 2019-06-10 15:33:30

Rüşvətə görə kimisə həbs etmək haqsızlıqdır.İndi,məgər rüşvət almayan dövlət məmuru var?Ölkə başdan-ayağa oğru və maliyyə dələduzları ilə doludur.Qətl və digər ağır cinayətlər törətmiş MTN-şiklər buraxılır,qəpik-quruş almış vergi işçiləri həbs edilir.Hüquq-mühafizə orqanlarına işi düşənlər bilir ki,rüşvətsiz heç bir iş görülmür.Məmurlar əsil reketlər kimi adamları soyub-talayırlar.Rüşvətə görə,ya heç kimi həbs etməməli,ya da hamını həbs etmək lazımdır.Ayrı-seçkilik etmək dövləti nüfuzdan salır..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol