Menu

Qadınları fahişəliyə cəlb etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başalyır

11.06.2019, 11:38
Qadınları fahişəliyə cəlb etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başalyır

Sosial şəbəkələrdə qızları aldadaraq fahişəliyə cəlb etməkdə təqsirləndirilən Cəlal Mehdiyevin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

"Report"un xəbərinə görə, Nərimanov Rayon Polis İdarəsinin (RPİ) İstintaq Şöbəsində istintaqı aparılan cinayət işi baxılması üçün məhkəməyə göndərilib.

Nərimanov rayon Məhkəməsində hakim Vüsal Qurbanovun icraatına verilən iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, Cəlal Mehdiyev Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham edilir. İş üzrə 5 qadın zərərçəkmiş qismində tanınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol