Menu

Ərdoğanın Qarabağla bağlı çıxışı erməniləri təşvişə salıb

04.09.2014, 18:55
Ərdoğanın Qarabağla bağlı çıxışı erməniləri təşvişə salıb

“Türkiyənin xarici siyasətində Dağlıq Qarabağ məsələsinə xüsusi önəm veriləcək”

“PanARMENIAN.Net”in xəbərində deyilir ki, Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Dağlıq Qarabağ məsələsi NATO-nun 4-5 sentyabrda keçirilən zirvə toplantısında müzakirə olunacaq məsələlər sırasına daxil edilməlidir.

Cənab Ərdoğan vurğulayıb ki, Türkiyə bu məsələdə qərarlı olduğunu bir daha nümayiş etdirməyə hazırdır. Dağlıq Qarabağ məsələsi isə Türkiyənin xarici siyasətdə xüsusi önəm verdiyi məsələlərdən biridir.

“PanARMENIAN.Net” bildirir ki, yeni baş nazir Əhməd Davudoğlu isə bu yaxınlarda bildirmişdi ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına çalışacaq. Ermənistanla Azərbaycan arasında gərginliyin isə azalmasına cəhd göstərəcək və bu, Türkiyənin xarici siyasətinin əsas istiqamətlərindən biri olacaq.  /musavat.com

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol