Menu

Suriyaya adam aparan 16 vəhhabi həbs olundu

04.09.2014, 21:23
Suriyaya adam aparan 16 vəhhabi həbs olundu

Bosniyada 16 vəhhabi həbs olunub

Axar.az xəbər verir ki, Bosniya polisi ölkə daxilində təşkil etdiyi geniş çaplı əməliyyat çərçivəsində Suriyaya adam və pul yığdıqları iddiası ilə 16 vəhhabini həbs edib.

Bosniya polisinin verdiyi açıqlamaya görə, ölkə daxilində 17 müxtəlif məkana edilən basqında təxminən 200 polis məmuru iştirak edib.

Əməliyyatda həbs olunan şəxslərin Suriyada Əsədə qarşı yaranan cəbhədə vuruşduqları və Bosniya vətəndaşlarını İraq və Suriyaya göndərdikləri iddia edilib.

Xatırladaq ki, Bosniya hökuməti bu ilin əvvəllərində xaricdə döyüşlərə qatılan və başqalarının bu döyüşlərə qatılmasına köməklik edən vətəndaşlarına 10 ilə qədər həbs cəzası nəzərdə tutan qanun qəbul edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol