Menu

Serj Sərkisyan NATO-ya Qarabağ məsləhəti verdi

05.09.2014, 09:54
Serj Sərkisyan NATO-ya Qarabağ məsləhəti verdi

Ermənistan prezidenti Serj Sərkisyan sentyabrın 4-ü Uelsin Nyuport şəhərində, NATO və tərəfdaşlarının toplantısında Qarabağdan söz açıb. “Media forum” saytının məlumatına görə, dövlət və hökumət başçılarının toplantısında söz alan Serj Sərkisyan NATO sammitinin sentyabrın 5-də qəbul edəcəyi sənəddə Dağlıq Qarabağ problemi ilə ehtiyatlı olmağa səsləyib.

Serj Sərkisyanın çıxışında bu ifadələr yer alıb: “Sabah bu zalda mənim xalqımın təhlükəsizliyinə və bizim regionda sülhə dəxli olan sənəd qəbul ediləcək. İki variant var. Ya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ixtisaslaşmış yeganə beynəlxalq struktur olan ATƏT-in Minsk qrupunun ritorikasından, ABŞ və Fransanın dəstəklədiyi ritorikadan istifadə ediləcək, ya da NATO-nun digər üzvünün lobbiçiliyi (ad çəkmir, təbii ki, Türkiyəni nəzərdə tutur – red.) baş verəcək. Ya sağlam düşüncə, sülhə can atımı qalib gələcək, ya da ksenofobiya, müharibə ritorikası, insan itkilərinə gətirən təxribatlar şirnikləndiriləcək. İkinci variant yaxşı nəticəyə gətirməyəcək. Belə sənədlər Azərbaycana qol-qanad verir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol