Menu

Bakıda ana və qızının intiharı ilə bağlı cinayət işi başlanıb

14.06.2019, 16:51
Bakıda ana və qızının intiharı ilə bağlı cinayət işi başlanıb

Bu gün Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyatzadə küçəsində intihar hadisəsi baş verib. Bakı Şəhər Prokurorluğundan “Report”a verilən məlumata görə, yaşayış binalarının birində 10-cu mərtəbədə yerləşən mənzildə yaşayan 1964-cü il təvəllüdlü Allahverdiyeva Rübabə və onun qızı 1990-cı il təvəllüdlü Mahmudova Xədicə özlərini yaşadıqları mənzilin pəncərəsindən yerə ataraq intihar edib.

Faktı üzrə Yasamal Rayon Prokurorluğunda Azərbaycan Respublikası CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. .

İş üzrə məhkəmə-tibb ekspertizaları təyin edilib və hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, intihar edən R.Allahverdiyevanın "Respublika" qəzetinin baş redaktorunun müavini İsmayıl Allahverdiyevin həyat yoldaşı, X.Mahmudovanın isə qızı olduğu bildirilir.

“Respublika” qəzetindən isə “Report”a bildirilib ki, redaksiyada İsmayıl Allaverdiyev adlı şəxs çalışmır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol