Menu

«ABŞ bütün dünya üçün təhlükədir» - İran prezidenti tankerlərə hücum haqda danışıb

14.06.2019, 17:56
«ABŞ bütün dünya üçün təhlükədir» - İran prezidenti tankerlərə hücum haqda danışıb

İran İslam Respublikasının (İİR) prezidenti Həsən Ruhani Oman körfəzində baş vermiş insidenti şərh edib.

Xatırladaq ki, bu ərəfədə Oman körfəzində iki xarici gəminin atəş altına düşməsi ehtimalı geniş müzakirə mövzusuna çevrilib.

Ruhaninin sözlərinə görə, o, baş verənlərdə Amerika Birləşmiş Ştatlarından (ABŞ) şübhələnir: «Bu superdövlət Yaxın Şərq və dünya üçün ciddi təhlükə mənbəyidir» - deyə, KİV-lər İran prezidentinin bəyanatından sitat gətirirlər.

Ruhani qeyd edib ki, Vaşinqton Donald Tramp idarəçiliyinin lap əvvəlindən «aqressiv yanaşma sərgiləyir» və beynəlxalq hüququ pozur, bu zaman nəinki maliyyə resurslarıdan, həm də hərbi resurslardan istifadə edir.

Artıq xəbər verildiyi kimi, tankerlərə hansısa mərmi atılıb. ABŞ bəyan edib ki, hücum İran tərəfdən olub. Hər iki ekipaj - 44 nəfərin hamısı təxliyyə olunub, onların arasında 11 nəfər rusiyalı var.

AzPolitika.info

Şərhlər

Türk 2019-06-14 17:56:29

ABŞ nəinki,bütün dünya üçün,kainat üçün təhlükəsir.Bəzi dövlətlərin boğazına NATO adlı bir kəndiri keçirib,silahlarını sataraq öz qoşunlarını o dövlətlərin ərazisində yerləşdirb.Lazım gələndə onları o qoşunların əli ilə o dövlətləri təhdid edir.Məcburi silahlarını NATO standartları adı ilə həmən dövlətlərə satır.Nato üzvü olan heç bir dövlətin ABŞ ərazisində qoşunu yoxdur.Çox sevindirici haldır ki,sevimli Türkiyəmiz başda olmaqla bəzi dövlətlər artıq bunu sərk edib ABŞ-la məsafə saxlamağa başlayıblar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol