Menu

1-ci kanaldan ŞOK etiraf – Video

05.09.2014, 12:32
1-ci kanaldan ŞOK etiraf – Video

Televiziya Ukraynada Rusiya hərbçilərinin döyüşdüyünü etiraf edib

Rusiyanın Kostrome şəhərində desantçı Anatoliy Travkinin dəfn mərasimi keçirilib. O, Ukraynanın şərqində aparılan döyüşdə ölüb. Bu barədə süjet yayımlayan Rusiyanın “Birinci kanal”ı rus əsgərlərinin Ukraynadakı hərbi əməliyyatlarda iştirakını təsdiqləyib. A. Travkin döyüş zonasına 1 ay əvvəl gedib.

Bundan başqa, Donetsk aeroportu uğrunda gedən döyüşlərdə ölən Rusiya hərbçisi Sergey Jdanoviçin anım mərasimi keçirilib. Qeyd edək ki, bir müddət əvvəl Rusiya mətbuatı Ukraynada bir alay rus desantçının öldüyü barədə yazıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol