Menu

NATO-dan Ukraynaya sədəqə - Video

05.09.2014, 12:40
NATO-dan Ukraynaya sədəqə - Video

Ukrayna ordusuna 15 milyon veriləcək

Liderlərin görüşü Uelsdə NATO sammiti çərçivəsində baş tutub.

ANS TV-nin məlumatına görə, NATO sammitinin ilk gününün yekununda, alyans rəhbəri Ukrayna prezidentinə həmrəylik nümayiş etdirərək, onunla birgə mətbuat konfransına çıxıb. Nitqlə çıxış edən Poroşenko, indiyədək heç vaxt beynəlxalq ictimaiyyətin belə böyük dəstəyi ilə rastlaşmadığını gizlətməyib.

NATO sammitində çıxış edən Ukrayna prezidenti həmçinin Pyotr Poroşenko ölkəsinin şərqində sülhün perspektivləri barədə ehtiyatlı danışıb. Ölkəsinin NATO-ya üzvlük məsələsinə gəldikdə, Poroşenko alyansa qoşulub-qoşulmamağa Ukrayna xalqının qərar verəcəyini deyib.

“Rusiya höküməti və şəxsən Rusiya prezidenti, ardınca qondarma Luqansk və Donetsk xalq Respublikalarının liderləri təxirəsalınmaz atəşkəsə hazır olduqlarını bəyan edib. İndi isə monitorinq və yoxlamaların aparılması, terrorçuların qanunsuz olaraq tutduğu əsirlərin dərhal azad edilməsi, Ukrayna Rusiya sərhədində vəziyyətin nəzarət altına alınması və bütün Rus qoşunlarının çıxarılması üçün ATƏT-in dəstəyi vacibdir”- deyə Paroşenka qeyd edib.

NATO baş katibi Anders Foq Rasmussen isə alyansın ayrı-ayrı ölkələrinin Ukraynanı silahla təchiz edə biləcəyini və Ukrayna ordusuna 15 milyon avro maliyyə yardım edə biləcəyinə söz verib.

Sammitdə çıxış zamanı həm Poroşenko həm də Rusiya prezidenti Vladimir Putin bu gün Belarus danışıqlarının uğurla nəticələnəcəyini, sülh razılaşması əldə olunacağına ümidvar olduqlarını bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol