"Fənərbağça" yeni mövsüm üçün ilk transferini edib.
Qol.az-ın klubun saytına istinadla yaydığı xəbərə görə, İstanbul təmsilçisi ötən mövsüm "Volfsburq"un əvəzedici komandasında oynayan Murat Sağlamı heyətinə qatıb. 21 yaşlı yarımmüdafiəçi ilə 3+1 illik müqavilə imzalayıb.
Türkiyənin U-21 millisinin üzvünün Almaniya klubu ilə müqaviləsi başa çatdığı üçün "Fənərbağça" təzminat ödəməyib.


Şərhlər