Menu

25 yaşlı piyadanı avtomobil vuraraq öldürüb

17.06.2019, 17:58
25 yaşlı piyadanı avtomobil vuraraq öldürüb

Qazax rayonunda 25 yaşlı piyadanı avtomobil vuraraq öldürüb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, Qazax rayon sakini, 1994-cü il təvəllüdlü Türxan Eldarovu yolu qarşı tərəfə keçmək istəyərkn avtomobil vurub və gənc aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol