Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu, sabiq millət vəkili Elton Məmmədovun oğlu Aynar Məmmədova Milli Məclisdə yeni vəzifə verilib.
Unikal.org xəbər verir ki, dünən Azərbaycan Respublikası Milli Məclisi Aparatında və İşlər İdarəsində inzibati vəzifə tutan bir qrup dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi haqqında sərəncam imzalanıb.
Sərəncamda Milli Məclisin Beynəlxalq münasibətlər şöbəsinin əməkdaşı Aynar Elton oğlu Məmmədovun da adı qeyd olunur. Bu gündən Aynar Məmmədov sözügedən şöbənin baş müşaviri vəzifəsində çalışacaq.
Məsələ ilə bağlı Elton Məmmədov bildirib ki, Aynar Məmmədov uzun illərdir Milli Məclisdə çalışır: "Əvvəl kiçik məsələhətçi, sonra kiçik müşavir, bu gündən isə baş müşavir vəzifəsində öz işini davam etdirəcək”.


Şərhlər
milyardları dağıdıb yeyiblər yenə əl çəkmirlər.Bu cür ...millət görməmişdik.
Şübhə yoxdur ki, axır-əvvəl Anar ya da Aynar Məmmədovlardan biri ölkəmizdə yüksək vəzifədə olacaq
Keçəl həsən,həsən keçəl. Heç nə düzələn deyil. Belə də gedəcək. Şah oğlu şah,qul oğlu qul olacaq. Neçə ki, belədir belə də olacaq. Mafiya hər şeyi zəbt edib. Vəzifə,pul,şirkətlər,obyektlər,maşınlar nə varsa bu məmləkətdə bir qrup insanın əlindədir. Başqalırına heç nə olmaz. Belə olmaz axı. Bir gün fələk çərxi tərsinə fırladacaq. Bax onda heç nə kömək etməyəcək. Nə vəzifə, nə pul, nə də heç nə.
Durum yalandan deyim ki,təəccübləndim?Əh,xeyr aa.Yüksək intellektualı,savadı,elmi olan adamların yüksək vəzifəlkərə təyini təəccübləndirər məni bu məmləkətdə.Sonrası da,bu harada işləməlidir ki?Ən yüksək maaş Məclisdəkilərdədi,ona görə ora qoyublar,maaşını alır,yağ-bal içində yaşayır.Hörməti hörmət,pulu pul.Kef elə,dövran həmin dövrandu.Heç nədən korluq çəkmə.Əmoğlun da gəlib yaxınlarda,onu da deputatdan-zaddan eləsinlər,görək başımıza nə gəlir.O yerdə ki siz tək gözəl olmadı,o yer viran olub dağılsın gərək
bu yazini hazirlayanin ve yayanin hec dovlet qullugundan basi cixmir ki. bas musavir vezife deyil ixtisas derecesidi. dovlet qullugu haqqinda qanunvericilikle tanis olmaginizda fayda var.
Bu qaraguruhçular elə danışırlar ki, guya bu cavan oğlan xalq düşmənidir.Qabiliyyətli adama həmeşə yaşıl işıq yandırılmalıdır.Əgər doğrudan da sizi vətənin talehi düşündürürsə,onda qalxın haqqınızı tələb edin.Amma kolun dalinda yox,Bu Aynarı bir dəfə mən idman yarışında görmüşəm.O mənim çox xoşuma gəldi.Allah yolunu açıq etsin.