Menu

"Səbail"in Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi bəlli olub

19.06.2019, 16:57
"Səbail"in Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi bəlli olub

"Səbail"in UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi bəlli olub. "Report"un məlumatına görə, Aftandil Hacıyevin baş məşqçilik etdiyi kollektiv I mərhələdə Rumıniyanın "Krayova" kollektivini mübarizədən kənarlaşdıracağı təqdirdə, "Honved" (Budapeşt, Macarıstan) - "Jalgiris" (Vilnüs, Litva) cütünün qalibi ilə qarşılaşacaq. Potensial rəqiblə ilk görüş səfərdə olacaq.

Qeyd edək ki, Avropa Liqasında I təsnifat mərhələsinin oyunları 11 - 18 iyulda, II təsnifat mərhələsi isə 25 iyul - 1 avqustda keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol