Menu

ABŞ Konqresi Trampdan izahat tələb edir - Yaxın Şərqdə ordu yerləşdirmək barədə

19.06.2019, 22:43
ABŞ Konqresi Trampdan izahat tələb edir  - Yaxın Şərqdə ordu yerləşdirmək barədə

Amerika Birləşmiş Ştatları (ABŞ) senatorları prezident Donald Trampdan Yaxın Şərqdə hərbi kontingentin artırılması qərarını izah etməyə çağırırlar. Onlar həm də qeyd edirlər ki, Konqres İrana qarşı hərbi fəaliyyətə icazə vermir («İnterfaks»).

Senatorlar Trampa ünvanladıqları məktubda «lazım olmayan» münaqişədən narahatlıq keçirdiklərini ifadə edirlər və bildirirlər ki, «fəaliyyətdə olan heç bir qanunverici orqan İran hökumətinə qarşı ABŞ-n hərbi fəaliyyətinə icazə vermir».

Senatorlar əlavə ediblər ki, Tramp administrasiyası hərbi fəaliyyət və ya İranla hərbi fəaliyyətin qaçılmaz olduğu rayonlarda qüvvə yerləşdirməzdən əvvəl müvafiq qərarın qəbul edilməsi üçün Konqresə müraciət etməlidir.

Müraciəti senatorlar Tim Keyn və Mayk Li tərtib edib və aşağıdakılar da onu imzalayıblar: Ceff Merkli, Berni Sanders, Kris Merfi və Rend Pol.

Bundan əvvəl məlum olub ki, Pentaqon Yaxın Şərqə əlavə olaraq daha 1 min hərbçi göndərməyə hazırlaşır.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol