Menu

Kolumbiya Qətəri məğlub edib, Argentina Paraqvayla bacarmayıb - Amerika Kuboku 

20.06.2019, 09:03
Kolumbiya Qətəri məğlub edib, Argentina Paraqvayla bacarmayıb  - Amerika Kuboku 

Futbol üzrə Amerika Kubokunun qrup mərhələsinin 2-ci tur matçında Kolumbiya yığması Qətər millisi ilə qarşılaşıb.

"Report" xəbər verir ki, matç cənubi amerikalıların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda yeganə qol 85-ci dəqiqədə vurulub: Duvan Sapata Hames Rodriqesin ötürməsindən sonra fərqlənib.

Ardıcıl ikinci qələbəsini qazanan Kolumbiya "B" qrupunun birinci pilləsində möhkəmlənib və turnirin "play-off" mərhələsini özünə təmin edib.

Qrupun digər qarşılaşmasında Argentina Paraqvayla bacarmayıb. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb. Qolların hər ikisi penaltidən vurulub: müvafiq olaraq Lionel Messi və Derlis Gonzalez fərqlənib.

Hazırda Kolumbiya qrupda 6 xalla birinci, Paraqvay 2 xalla 2-ci, Qətər 1 xalla 3-cü, Argentina isə 1 xalla sonuncu pillədə qərarlaşıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol