İyunun 19-da Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Mərasimdə Təhsil naziri Ceyhun Bayramov, millət vəkilləri, bir sıra dövlət qurumlarının, təhsil müəssisələrinin və media orqanlarının rəhbərləri, tanınmış ziyalılar, təhsil ekspertləri, münsiflər heyətinin üzvləri iştirak ediblər.
Mərasimdə Respublika fənn olimpiadalarında hər fənn üzrə ən yüksək nəticə göstərmiş 8 qızıl medalçıya – “Birincilərin birincisi”nə, ümumilikdə olimpiada qaliblərinə mükafatlar təqdim olunub.

“Dünən Təhsil Nazirliyinin təşkilatçılığı ilə Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırma mərasimi keçirildi. Deputatların, rektorların, təhsil ekspertlərinin dəvət olunduqları tədbirə şoumen Murad Dadaşov da dəvət olunmuşdu. Kimsə mənə dediki ki, təhsili artıq məzhəkəyə çeviriblər. Onun dediyi təsdiqini tapdı. “Təhsil eksperti” Murad Dadaşovu şagirdlərə medalları vermək üçün səhnəyə dəvət etdilər, ancaq professor, Əməkdar elm xadimi, professor Şahlar Əsgərovu dəvət etmədilər. Gerizəkalılığa diqqət edin: ən azında fizika üzrə qalibləri (bürünc medal olsa da olardlı) fizika-riyaziyyat elmləri doktoru, əsl müəllim Şahlar Əsgərovun təltif etməsi şagirdlərin də yaddaşına həkk olunardı. Bunun üçün Harvardı oxumaq lazım deyil. Azca şüurlu olmaq lazımdır. 20-30 medalı “təhsil dahisi” Emin Əmrullayev verməkdənsə, tədbirə dəvət olunmuş ictimaiyyətin tanınmış nümayəndələri də nəzərə alınmalı idi...
Tədbir iştirakçıları fürsətdən istifadə edib nazirliyin Aparat rəhbəti Muxtarı (familiyasını bilmirəm) da görmək şərəfinə nail oldular. Muxtar nazir müavini İdris İsayevin payına düşən medalları da verdi.
Bütün bu məzhəkələrə baxmayaraq, qalibləri səmimi qəlbdən təbrik edirəm...”


Şərhlər
Təhsil Nazirliyimiz axır ki, 25 ildə xaraba qoydugu təhsilimizin inkişaf etdirilməsi yolunu tapa bildi.Bu İDEYAnı bütün dövlət qurumlarına da inteqrasiya və tətbiq etmək mütləq lazımdır və həyatı vacib məsələdir.Çünki biz alimi, ziyalını tanımırıq, görə bilmirik.Görəndə də sanki torbada ilan görürük.Həyatımız başdan ayaga ŞOUdur deyə bütün şou biznes adamlarını5 barmagımız kimi tanıyın, onlara bənzəməyə, oxşamaga can atırıq.Bax TN-nin tədbiri hamının yaddaşında M.Dadaşovla qalacaq.Ş.Əsgərov olsa qalmazdı.
Təhsil Nazirliyi M.Dadaşovla özünün indiki durumuna tam cavab verən dogru addım atıb.Hələ Hacı Nuranı, Ədalət Şükürovu da dəvət etsəydilər lap əla olardı.Bu davam etdirilməlidir.Məsələn:Manana, Xəyyam Nişanov, Camiraldo XİN, Pişik Günel, Rəqsanə Səhiyyə Nazirliyini,Tolik,Ə.Mirəliyev və mütləq Zaurlar Mədəniyyət Nazirliyini,Aşıq Əli və Maral Tahirqızı Gənclər İdman Nazirliyini, Telli Borcalı NRYTN-nin,Röya, Aygün, Faiq Elmlər Akademiyasının tədbirlərində fəxri qonaq kimi dəvət olunub təltiflər etməlidir.
Piyada Murad Dadaşovun olimpiada qaliblərinin qarşısına çıxarılması təhsil sahəsinin təhqir olunmasıdır.Muradın iyrənc danışıq tərzini görənbdə televizoru qapatmaqdan başqa yolum qalmır..
elə bu olimpiada məsələsi də başdan-ayağa məzhəkədir! Hələ obyektivliyi şəffaflığı sual altında ola-ola imtahansız ali məktəbə götürmələrini demirik! o qədər uşaq var hansısa səbəbdən iştirak etməyib amma 5-6 fənn biliyi onlarda qat-qat artıqdı.
saq ol etibar muellim- qaxsi yazmisan- ancaq bu tehsil nazirinin tehsilden xeberi var ki... Bir qardasi malliyyede- ozu de tehsilde at oynadirlar