Menu

"İşsizlər ordusu"nun sıraları artıb

20.06.2019, 14:44
"İşsizlər ordusu"nun sıraları artıb

İyunun 1-ə Azərbaycanda qeydiyyata alınan işsizlərin sayı 50 min nəfərdən çox olub. Dövlət Statistika Komitəsinin məlumatına görə, son 12 ay ərzində "işsizlər ordusunun" sıraları 37% artıb.

Təkcə mayda vətəndaşların işlə təmin edilməsilə məşğul olan dövlət orqanları fəal şəkildə iş axtaran 3 472 vətəndaşı qeydiyyata alıb. Qeydiyyata alınan işsizlərin 22,71 min nəfəri Bakı şəhərinin payına düşür.

Şərhlər

Mühasib 2019-06-20 14:44:09

Görəsən Dövlət Statistika idarəsi prezidentə və dgər orqanlara verdiyi məlumatlara görə məsuliyyət daşıyırmı?Axı son 15-20 ildə Azərbaycanı 2-3 milyona qədər vətəndaş ttərk edib,xaricə köçüb, gənclərin 35-40 faizi işsiz,ölkədə iş yerlərinin sayı məhdud (əvvəllər 10-40 min insan işləyən müəssisələr iflic edilib ),olduğu halda AZərbaycanda əhalinin dəqiq sayı,milliyyətcə tərkibi,məşğulluq səviyyəsi və bu kimi digər rəqəmlərin doğriuluğuna olan əsaslı şübhələr nəzərə alınaraq lazımi iş niyə görülmür?

t.ədalət 2019-06-20 14:44:09

İşsizlərin sayı əlli min yox,beşyüz mindən asrtıqdır.Faktı gizləməklə,kimi aldadırıq?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol