Menu

Almaniyada PKK lideri həbs olundu

05.09.2014, 19:01
Almaniyada PKK lideri həbs olundu

Almaniyanın təhlükəsizlik qüvvələri PKK (Kürd Fəhlə Partiyası) terror təşkilatının regional lideri olduğu bildirilən 45 yaşlı Türkiyə vətəndaşını saxlayıb.

SalamNews-un "əl-Ərəbiyyə" telekanalına istinadla verdiyi xəbərə görə, bu barədə Almaniya Federal Prokurorluğundan bildirilib.

Məlumata əsasən, Mehmet D. adlı şəxs terror təşkilatı ilə əməkdaşlıq etdiyi üçün avqustun 29-da həbs edilib.

Qeyd edək ki, Almaniyanin məxfilik haqqında qanununa əsasən, şübhəli şəxsin soyadı açıqlanmayıb.

Qurumdan bildirilib ki, sözügedən şəxs 2013-cü ilin yanvar ayından etibarən Almaniyanın mərkəzi hissələrində PKK təşkilatına aid əməliyyatların həyata keçirilməsinə rəhbərlik edib. O, həmçinin "Qəhrəman” adlı saxta pasportla Təşkilatın maliyyə və biznes əməliyyatlarını və təbliğat işlərini həyata keçirib.

Bildirək ki, PKK ABŞ və Avropa İttifaqı ölkələrinin terror təşkilatları siyahısına daxil edilib. Təşkilatın 1984-cü ildən etibarən Türkiyənin cənub-şərq ərazilərində fəal hərbi əməliyyatlara başlamasından indiyədək onminlərlə insan həlak olub

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol